Prezidentə təhdid məktubu göndərildi

Prezidentə təhdid məktubu göndərildi
  28 May 2013    Oxunub:1240
İtaliyanın “Corriere della Sera” qəzetinin redaksiyasına içərisində ağ rəngli toz maddə olan təhdid məktub daxil olub.
AzVision.az dünya mətbuatına istinadən məlumat verir ki, məktubda ölkə prezidenti Corcio Napolitano və keçmiş baş nazir Silvio Berluskoninin ünvanına təhdidedici cümlələr yazılıb. Zərfin içərisində eyni zamanda ağ rəngli toz maddə olub.

Qeyd edək ki, “Corriere della Sera” qəzeti Berluskoni ailəsinə məxsusdur.

Məktubda yazılıb: “Berluskoni və Corcio Napolitano öldürüləcək. Onlar – vətən xainidir”. Məktubun sonunda imza qoyulub: “Xalqın silahlı müdafiə qrupu”.

Zərfdəki ağ maddə ekspertizaya, məktubu gizlədən 6 şəxs isə müayinə üçün xəstəxanaya göndərilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti