Mehdiabad qəsəbəsi ərazisindəki 2 saylı Poçtun inzibati binasında yanğın baş verib
AzVision.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, mayın 27-də saat 05.20 radələrində Abşeron rayonu Mehdiabad qəsəbəsinin ərazisində 2 saylı Poçtun inzibati binasında yanğın baş verib. Nəticədə bütövlükdə poçtun yanar konstruksiyaları və oradakı əşyalar yanıb.