Ronaldudan ayrılan Şeyk yeni sevgilisi ilə - FOTOLAR

Ronaldudan ayrılan Şeyk yeni sevgilisi ilə - FOTOLAR
  06 May 2015    Oxunub:5668
Dünyanın ən gözəl modellərindən biri hesab olunan və tanınmış futbolçu Kriştiyanu Ronaldu ilə yolları ayrılan rus əsilli model İrina Şeyk özünə yeni sevgili tapıb.
AzVision.az xəbər verir ki, 29 yaşlı model aktyor Bredli Kuperlə eşq macərası yaşayır.

Cütlüyün sevgili olması haqda bir müddət əvvəl şayiələr yayılsa da xəbər təsdiqini tapmamışdı.
Müğənni Rihannanın təşkil etdiyi məclisdən çıxan cütlüyün qol-qola fotoları çəkilib. Cütlüyün ortaq dostları vasitəsilə tanış olduğu və artıq bir neçə həftədir münasibətdə olduğu deyilir.

Qeyd edək ki, model 5 il münasibətdə olduğu futbolçu Kriştianu Ronaldudan bu ilin əvvəlində ayrılıb.

Fatimə

Qalereya




Teqlər:





Xəbər lenti