Prezidentin üzünə tüpürdülər

Prezidentin üzünə tüpürdülər
  29 May 2013    Oxunub:1347
Seçkiqabağı tədbir zamanı naməlum şəxs prezidentliyə namizədliyini irəli sürən Çilinin keçmiş prezidenti Mişel Baçeletin üzünə tüpürüb. Baçelet 2006-2010 illərdə Çilinin prezidenti olub.
AzVision.az dünya mətbuatına istinadən məlumat verir ki, hadisə Arika şəhərində Baçelet tərəfdarları ilə görüşən zaman baş verib. Həmin şəxs 35 yaşlarında olub. Tüpürdükdən dərhal sonra o çilili tələbələrin hərəkatına dəstək olub və onlarla birgə şüarlar səsləndirməyə başlayıb. Lakin ağzını açmamış onu cəld tutublar.

Qeyd edək ki, Baçelet prezidentliyə namizədliyi barədə martın sonunda bildirib. Çilidə seçkilər bu ilin noyabrında keçiriləcək. O, Çilinin tarixində ilk qadın prezidentdir.

AzVision.az


Teqlər:  





Xəbər lenti