İş adamı 6 min işçisini tətilə göndərdi

İş adamı 6 min işçisini tətilə göndərdi
  11 May 2015    Oxunub:2086
Çinli iş adamı Li Çinuan öz şirkətindəki 6 min 400 işçisini Fransaya tətilə göndərib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tiens şirkətinin qurucusu olan 57 yaşlı iş adamı 4 gün davam edəcək tətil üçün Fransanın Paris və Nis şəhərlərində 140 otel və 12 qatar kirayələyib.

Şirkətin yaranmasının 20-ci il dönümü münasibətilə təşkil olunan tətil üçün işçilərin təkcə rezervasiyaları üçün 13 milyon avro xərclənib.

Qeyd edək ki, 1995-ci ildə qurulan şirkətdə cəmi 12 min nəfər işləyir. Şirkətin rəhbəri işçilərin yarısının gələn il başqa şəhərə istirahətə gpndəriləcəyini açıqlayıb.

Fatimə Kərimli
AzVision.az



Teqlər:  





Xəbər lenti