Ermənistanda Şahzadə Çarlz Xiyabanı olacaq

Ermənistanda Şahzadə Çarlz Xiyabanı olacaq
  29 May 2013    Oxunub:1388
Dilicanda İngiltərə Şahzadəsinin şərəfinə xiyaban salınıb.
Şahzadə Çarlzın “Matenadaran” Muzeyini ziyarəti zamanı xiyabanın sertifikatı ona təqdim edilib. Daha sonra İngiltərə Şahzadəsi Dilicanda yaradılmış Beynəlxalq Məktəblə tanış olub. Qeyd edək ki, Çarlz xiyabanı 2014-cü ildə istifadəyə veriləcək məktəbin yaxınlığında yerləşir.

Xiyabanda 65 çinar ağacı əkiləcək. Elm ağacı hesab edilən çinar ağacları Dilican məktəbinin simvolu elan olunub.

Qeyd edək ki, Şahzadə Çarlz Mayın 28-dən Ermənistanda səfərdədir. Onun səfəri Mayın 30-dək davam edəcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti