“Google” bu günü İnqe Lehmana həsr edib

“Google” bu günü İnqe Lehmana həsr edib
  13 May 2015    Oxunub:1832
“Google” axtarış sisteminin bütün əlamətdar günlərdə odluğu kimi bu gün də hazırladığı “Doodle” danimarkalı seysmoloq alim İnqe Lehmana həsr olunub.
AzVision.az xəbər verir ki, 1888-ci ilin bu günü doğulan xanım alimin anadan olmasının 127 illiyi qeyd olunur. 104 il yaşayan və 1993-cü ildə dünyasını dəyişən İnqe zəlzələ üzrə ekspert olub.
İlk dəfə o, Yer kürəsinin nüvəsini kəşf edib. Alimin digər önəmli kəşflərindən biri isə “P” seysmik dalğası olub. Alimin şərəfinə 3 müxtəlif ölkədə körpü var. Alim bir çox mükafatın laureatı olub.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti