ANS-də təhvil-təslim - VİDEO

ANS-də təhvil-təslim - VİDEO
  18 May 2015    Oxunub:2828
"Adam içində" layihəsi bağlanan Elgiz Əkbər artıq "Günə Baxan" proqramının aparıcısı kimi efirə çıxdı.
Kamran Həsənli bu gün adıçəkilən verilişdə son dəfə efirə çıxıb. O, baş verən proseslərdən danışıb və bu gün efiri təhvil verəcəyini açıqlayıb.

Elgizin iştirakı ilə çəkilən yeni reklam çarxı təqdim edildikdən sonra Kamran onu studiyaya dəvət edib. Keçmiş aparıcı verilişi təhvil verərkən Elgizə "Günə Baxan" barəsində bəzi maraqlı məlumatları açıqlayıb.

Elgiz Əkbər isə, "Adam içində" kimi ağır layihədən sonra hər hansı verilişdə çətinlik çəkməyəcəyini deyib.

Telli Hüseynovanın studiyada yaratdığı abu-havadan Elgiz də kövrəlib. "Təbii ki, sizi də başa düşürəm. Burada elə abu-hava yaranıb ki, mənim də gözlərim yaşarıb. Hamı sosial şəbəkədə məndən yeni aparıcı kimi köhnə komanda ilə çalışacağımı soruşurlar. Narahat olmayın, Telli xanımla birlikdə çalışacağıq. Tamaşaçı Telli xanımı çox sevirlər. Mehman usta da çox narahatdır. Mən sizi başa düşürəm və təəccüblənmirəm. Narahat olmayın, hər şey yaxşı olacaq".

Kamran Həsənli təhvil təslim prosesindən sonra studiyanı tərk edib. Qısa zamandan sonra Elgiz ilk qonağını elan edib - Kamran Həsənli. Aparıcı kimi vidalaşan Kamran qonaq kimi yenidən studiyaya qayıdıb.




Teqlər:





Xəbər lenti