Moskva Suriyaya S-300 göndərməyib

Moskva Suriyaya S-300 göndərməyib
  31 May 2013    Oxunub:1171
Rəsmi Moskva Suriya prezidentinin dediklərini təkzib edir
Söhbət Bəşər Əsdin S-300 zenit- raket kompleksi almaqla bağlı söylədiklərindən gedir

AzVision.az Rusiyanın Vedomosti qəzeti və bu ölkənin müdafiə sənayesi nazirliyinə istinadən yazır ki, rəsmi Moskva Suriyaya S-300 zenit raket sistemləri göndərməyib.

Lakin Rusiya tərəfi belə bir müqavilənin olduğunu inkar etmir. Sadəcə bu il Suriyaya bu raket sisteminin çatdırılıb-çatdırılmayacağı bilinmir.

Nəzərinizə çatdıraq ki, ötən gün Suriya prezidenti Bəşər Əsəd Livanın Əl Manar kanalına müsahibəsində Rusiyadan bu tip raketlər aldıqlarını bəyan edib. Bəşər Əsəd müsahibəsində İsrailə qarşı müqavimət göstərəcəklərini bildirib. İsrailın hər hansı hücumu halında adekvat cavab verəcəklərini deyən bəşər Əsəd dolayı yolla Türkiyəni də təhdid edib. " Şimaldan hücüm olsa belə cavab veriləcək", - deyən Suriya prezidenti. "Hizbullah"ın döyüşlərə qatılmasına da aydınlıq gətirib. Bəşər Əsəd əlavə edib ki, İsrail tək Suriya üçün deyil, Livan üçün də təhlükədir. O, eyni zamanda Suriyanın “Cenevrə-2” sülh konfransında iştirak etmək üçün prinsipial qərar qəbul etdiyini də söyləyib. Onun sözlərinə görə, Cenevrədə əldə olunacaq bütün razılaşmalar referenduma çıxarılacaq.

Bu arada cenevrədə Suriya böhranının həlli ilə bağlı keçiriləcək beynəlxalq konfransa hazrırlıq məqsədi ilə iyunun 5-də Rusiya ABŞ və BMT təmsilçilərinin iştirakı ilə üçtərəfli zirvə toplantısı keçiriləcək.

Səbinə Həsənova
AzVision.az



Teqlər:





Xəbər lenti