`İstəsəm onu məşəllə yandıraram` - İlhamədən tikanlı sözlər

`İstəsəm onu məşəllə yandıraram` - İlhamədən tikanlı sözlər
  05 İyun 2015    Oxunub:3784
Birinci Avropa Oyunlarına 8 gün qaldı. Növbəti bir ifa isə xalq artisti, İlhamə Quliyevadan gəldi. Sənətçimiz birinci Avropa Oyunlarına həsr etdiyi mahnını bu gün sevənlərinin ixtiyarına verib. Həmçinin ilhamə Quliyeva Avropa Oyunlarından məşəldar olub-olmamsına haqqında da açıqlama verib.

ANS TV-nin məlumatına görə, xalq artisti İlhamə Quliyeva medianı başına toplayaraq ilk Avropa Oyunlarına həsr etdiyi “Yaşa idman bayramı” klipinə təqdimat mərasimi keçirdi.

Bəstəkar Tahir Əkbərin şair Baba Vəziroğlunun sözlərinə bəstələmiş mahnını klipmeyker Nail Naiboğlu ekranlaşdırıb. Primadonna klipin ərsəyə gəlməsindən danışarkən hisslərinə hakim ola bilməyərək kövrəldi. O, ölkəmizlə qürur duyduğunu bildirdi.

O da hamıya bəllidi ki, Avropa Oyunlarının məşəlini daşıyan şəxslərdən biri də məhz elə xalq artisti İlhamə Quliyeva olacaq. Lakin bu məsələ birmənalı qarşılanmayıb.

Xalq artisti İlhamə Quliyeva hesab edir ki, qaçmaq onun yaşına və statusuna bir az uyğun olmaz: “O zaman gənclər qaçar. Amma mən yürüyərəm, istəsəm qaçaram. Lazım gəlsə, istəmədiyim adamın üzərinə Avropa Oyunlarının məşəlini tutub onu yandıraram. Kim ki, mənim dalımca danışır. Amma yox, o müqəddəs oddur. Onu mundar kəslərə uzatmaram. O elə məşəli mənim əlimdə görəndə, onun özü daxildən yanıb alova bürünəcək”.

Qeyd edim ki, xalq artistinin klip təqdimatına sənət dostları da qatılmışdı. Onlarda İlhamə xanımın sevincinə şərik çıxdılar.




Teqlər:





Xəbər lenti