Beynində əməliyyat zamanı gitarada ifa etdi - VİDEO

Beynində əməliyyat zamanı gitarada ifa etdi - VİDEO
  05 İyun 2015    Oxunub:3128
Braziliya sakini Entoni Kulkamp Dias beynində keçirilən cərrahiyə əməliyyatı zamanı gitarada mahnı ifa edib.
Oxu.Az The Daily Mail-ə istinadən xəbər verir ki, əməliyyat zamanı beynin hərəkət və nitq sahələrini zədələməmək üçün, 33 yaşlı bank işçisi mütləq ayıq qalmalı idi.

Bunun üçün xəstə məşhur Beatles qrupunun “Yesterday” mahnısını ifa edib. O həmçinin özü bəstələdiyi braziliya mahnılarını ifa edib. Mahnılar arası fasilədə isə Dias həkimlər ilə söhbət edirdi.

“Həkimlər məndən bir xalq mahnısını ifa etməyi xahiş etdilər. Ümumilikdə mən əməliyyat zamanı 6 mahnı səsləndirdim”, - Entoni deyib.

Həkimlərin sözlərinə görə, əməliyyat uğurla başa çatıb.




Teqlər:





Xəbər lenti