Doğum tarixi ilə xəstəlik risklərini hesablamaq olar

Doğum tarixi ilə xəstəlik risklərini hesablamaq olar
  10 İyun 2015    Oxunub:3008
Amerikalı alimlər iddia edirlər ki, insanın istənilən xəstəliyin yaranma riskini onun doğum tarixinə əsasən hesablamaq olar.
AzVision.az AzərTAc-a istinadla xəbər verir ki, onlar Nyu-York xəstəxanalarından birində 1985-ci ildən 2013-cü ilədək müalicə alan 1,7 milyon pasiyent barədə məlumatları təhlil etdikdən sonra bu qənaətə gəliblər. Alimlər tərəfindən ümumilikdə 1688 diaqnoz araşdırılıb.

Müəyyən edilib ki, iyul və oktyabr aylarında anadan olanlarda ən çox astma xəstəliyi qeydə alınır. Diqqət çatışmazlığı və hiperaktivlik isə noyabrda doğulan şəxslərə xasdır.

Ürək-damar sistemi xəstəlikləri əsasən mart ayında doğulanlarda müşahidə edilir. Ən sağlam insanlar isə may ayında dünyaya göz açanlar hesab olunur.


Teqlər:





Xəbər lenti