Obama Ərdoğana çağırış etdi

Obama Ərdoğana çağırış etdi
  03 İyun 2013    Oxunub:1298
“Ağ Ev” Taksim gəzinti parkında baş verən hadisələrlə bağlı Türkiyəyə müraciət edib
AzVision.az “CNN” ə istinadən xəbər verir ki, çağırışda tərəflərin vəziyyəti sakitləşdirmək üçün əllərindən gələni etməli olduqları bildirilib.

“Ağ Ev” spikeri Laura Lukas verdiyi açıqlamada bildirib ki, ABŞ Türkiyədə sabitliyə, təhlükəsizliyə və rifaha nail olmaq üçün ifadə azadlığına, sərbəst toplaşmaq və dərnəklərin təşkil olunması hüquqlarına yer verilməli olduğuna və ölkədəki bu hüquq azadlıqlarını dəstəklənməli olduğuna inanır.

Dinc xalq nümayişlərinin, demokratiyanın bariz nümunəsi olduğu deyilən açıqlamada bildirilir ki, təhlükəsizlik qüvvələrinin insanlara qarşı daha mülayim davranacağına və bütün tərəflərin vəziyyəti sakitləşdirmək üçün çalışacaqlarına ümid edirik.

AzVision.az


Teqlər:  





Xəbər lenti