`Heç kimdən mükafat gözləmirəm` - Qəhrəman könüllü

`Heç kimdən mükafat gözləmirəm` - Qəhrəman könüllü
  24 İyun 2015    Oxunub:6603
“Polşalı idmançını xilas etdikdən sonra o məni qucaqladı və “thank you” deyərək təşəkkür etdi”
Bunu AzVision.az-a açıqlamasında Avropa Oyunları zamanı gimnastika yarışında hərəkətlərini tənziməyə bilməyərək hündürlükdən yerə düşən polşalı idmançı Bartolomey Hesi xilas edən könüllü idmançı Elçin Əlibəyov deyib.

Sosial şəbəkələrdə müzakirə obyektinə çevrilən könüllü hadisə zamanı yüngül xəsarət aldığını bildirib: “İdmançının təhlükəli vəziyyətə düşdüyünü gördüm və öz işimi yerinə yetirərək onu xəsarət almaqdan xilas etdim. Mən orada spotter vəzifəsini icara edirdim. Spotterlər könüllü peşəkar idmançı və məşqçilərdən seçilirlər”.

E.Əlibəyov haqqında yazılan xoş sözlərə görə, hər kəsə təşəkkür edib.

“Haqqımda deyilən fikirlər mənə çox xoş təsir bağışlayır. İnanın ki, bu hərəkəti reklam üçün etməmişəm. Sadəcə olaraq həmin idmançı təhlükəli an yaşadı və mən də bunun qarşısını aldım. Özüm isə yüngül xəsarət aldım. Bu hadisənin bu qədər böyüyəcəyini heç vaxt gözləməzdim. Heç həmin idmançının adını da bilmirəm”.

Könüllü idmançı bu hərəkətinə görə heç kimdən mükafat gözləmir: “Buna görə heç kimdən heç nə gözləmirəm. Sadəcə olaraq öz vəzifəmi yerinə yetirmişəm.

Amma hörmətli dövlət başçımızla görüşməyi çox istəyirəm. Onunla görüşsəm, bu mənim üçün daha böyük bir fəxr olar”.



Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti