Sınmış ekran öz-özünə bərpa olunacaq

Sınmış ekran öz-özünə bərpa olunacaq
  08 İyul 2015    Oxunub:5386
Böyük britaniyalı kimyaçılar zaman keçdikcə bərpa olunmaq qabiliyyətinə malik yeni material ixtira ediblər.
Təyyarənin qanadlarının təmiri üçün hazırlanmış innovativ texnologiya istənilən səthin bərpasına imkan verəcək.

AZƏRTAC ict.az saytına istinadla xəbər verir ki, yeni texnologiyanı Dunkan Vassın rəhbərliyi altında Bristol Universitetində çalışan tədqiqatçılar hazırlayıblar. Alim bildirib ki, onun komandası insan dərisinin zədəni sağaltmaq qabiliyyətindən ilhamlanıb.

Qeyd edək ki, elektronika istehsalçıları artıq bir neçə ildir özü bərpa olunan materiallar üzərində təcrübə aparırlar.


Teqlər:





Xəbər lenti