Moskvada yeraltı miqrant şəhəri - VİDEO

Moskvada yeraltı miqrant şəhəri - VİDEO
  06 İyun 2013    Oxunub:1587
Rusiyada polis və Federal Təhlükəsizlik xidmətinin birgə keçirdiyi əməliyyat zamanı “yeraltı şəhər" aşkarlanıb.
Paytaxt Moskvada baş tutan əməliyyat zamanı məlum olub ki, yerin altında qazılan bu yerdə 200-dən artıq işçi çalışır və yaşayır. Onların hamsının ölkəyə qeyri-qanuni yollarla gəldiyi mühacirlər olduğu bildirilir. Asayiş keşikçilərini şoka salan mənzərə isə təkcə iş və yataq yerləri olmayıb.

Sən demə mühacirlər yerin altında kənd təssərrüfatı ilə məşğul olmağa və əylənməyə də şərait yaradıb. Təhlükəsizlik əməkdaşları tunellərdə toyuq hinlərinə, fabriklərə, tikiş sexlərinə,kafelərə, kinoteatrlara və hətta kazinolara da rast gəlib. Rəsmi dairələrin məlumatına görə, hazırda ölkədə keçmiş Sovet İttifaqından olan 3,5 milyon qanunsuz mühacir var.



Səbinə
AzVision.az



Teqlər:  





Xəbər lenti