AzVision.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Xəzər dənizində 1978-ci il təvəllüdlü 1 nəfər qadın (Şıx-2 sularda xilasetmə məntəqəsinin ərazisində) özünü suya ataraq intihara cəhd edib. Həmin vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 10:15-də başa çatıb.