İsveçrə qaçqınlardan imtina etdi

İsveçrə qaçqınlardan imtina etdi
  10 İyun 2013    Oxunub:3173
İsveçrə vətəndaşları ölkədə qaçqınlar barədə qanunun sərtləşdirilməsini dəstəkləyiblər. Keçən ilin sentyabrında ümummilli referendum nəticəsində 79 faiz sakin qanununa edilən düzəlişlərin qüvvədə qalmasını tələb etmişdi.
AzVision.az xarici mətbuata istinadən məlumat verir ki, həmin qanuna görə, qaçqınlara İsveçrə səfirliklərinə və konsulluqlarına sığınacaq üçün müraciət etməyə icazə verilmirdi. Bundan başqa, fərarilər və hərbi xidmətə getməkdən boyun qaçıranların işlərinə də baxılmayacaq.

Kilsə assosiasiyasının dəstəyi ilə “yaşıllar” partiyasının gəncləri düzəlişləri ləğv etmək üçün təşəbbüs göstərib. Onlar referendumun keçirilməsi üçün lazım olan 50 min imza toplayıb. Qeyd edək ki, onların aktiv kampaniyası bir daha xəbərdarlıq edib ki, qaçqınlara qarşı qanunun sərtləşdirilməsi ölkədə ksenofobiya təzyiqini artırır.

2012-ci ildə İsveçrədə sığınacaq verilməsi üçün 28,6 min müraciət edilib. Bu göstərici 1999-cu ildən bəri rekord göstərici olub.

AzVision.az


Teqlər:





Xəbər lenti