Leyla Əliyeva ilk dəfə qızı Əminə ilə - FOTO

Leyla Əliyeva ilk dəfə qızı Əminə ilə - FOTO
  11 Avqust 2015    Oxunub:59554
Prezident İlham Əliyevin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın övladları ilə yeni fotosu yayılıb.
AzVision.az xəbər verir ki, Leyla Əliyevanın Facebook səhifəsində paylaşılan fotosoda əkizləri Əli və Mikayılla yanaşı onun uşaq evindən övladlığa götürdüyü qızı Əminə də görüntülənib.



Qeyd edək ki, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov bir müddət əvvəl müsahibəsində Fondun vitse-prezidenti Leyla Əliyevanın övladlığa uşaq götürdüyünü açıqlamışdı: "Leyla Əliyeva uşaq evində valideyn himayəsindən məhrum olan bir körpə qıza ürəkdən bağlanıb və həmin körpəni övladlığa götürüb. Leyla xanım artıq bu gün yalnız iki əkiz oğlanların deyil, eyni zamanda bir qız anasıdır. Bu gün Leyla xanımla kiçik Əminə arasındakı isti, doğma münasibəti, onların bir-birinə olan məhəbbətini, bağlılığını görüb sevinməmək mümkün deyil. Və bütün ailələrə valideyn ilə övlad arasında belə məhəbbətin və gözəl münasibətin olmasını arzu edirəm".




Teqlər:  





Xəbər lenti