Erməni Saakaşvilini məhkəməyə verdi

Erməni Saakaşvilini məhkəməyə verdi
  14 İyun 2013    Oxunub:1300
Vaaqn Çaxalyan prezidentdən üzr istəməsini tələb edir
Erməni fəal Vaaqn Çaxalyan Gürcüstan prezidenti Mixeil Saakaşvili, keçmiş baş nazir Vano Merabişvili, ekologiya naziri Qoqi Xaçidze və deputat David Bakradzeni məhkəməyə verib. Bu barədə jurnalistlərə Vaaqan Çaxalyan özü bildirib.

Çaxalyan, Gürcüstan rəsmilərini onu təhqir etməkdə günahlandırır. Vaaqan Çaxalyan ilk növbədə onların kütlə qarşısında üzr istəmələrini və mənəvi zərbə aldığına görə 22 milyon lari kompensasiya tələb edir.

Buna baxmayaraq, prokurorluq hələlik bu müraciətə baxmasa da ,Cavaxka fəalı Gürcüstan məhkəmə sisteminə ümidini itirmir.

Səbinə Həsənova
AzVision.az


Teqlər:





Xəbər lenti