Hitlerin `zombiləri`: Qorxusuz əsgərlər necə yaradılırdı - ARAŞDIRMA

Hitlerin `zombiləri`: Qorxusuz əsgərlər necə yaradılırdı - ARAŞDIRMA
  24 Sentyabr 2015    Oxunub:20720
Hələ II Dünya Müharibəsinin getdiyi 1941-ci ildə Vermaxt əsgərlərinin qorxmaz və dözümlü olması üçün alman tibb elm adamları sırf hərbçilər üçün nəzərdə tutulmuş enerji, güc gətirən həbləri üzərində düşünməyə başladılar. Nəhayət, belə vasitələrinin mümkün ola biləcəyi aydınlaşdı.

Vermaxtın savaş dönəmindəki ilk həb seçimi metamfetamindən hazırlanan `Pervitin` adlı dərman idi. Vermaxtın arxivindəki hərbi sənədlərdə 1939 və 1945-ci illər arasında təxminən 200 milyonadək `Pervitin` həbinin orduda istifadə edildiyi qeyd olunur. Alman həkim briqadası kokain tərkibli dərmanları əvvəlcə əsir düşərgəsindəki insanlar üzərində sınaqdan keçirirdilər. Kriminalist-tədqiqatçı Volf Kemper yazır ki, "Bu metod əslində Hitlerin məğlub olduğu döyüşləri hərbi nöqteyi-nəzərdən kompensasiya etmək üçün istifadə etdiyi son silah idi".

Digər önəmli faktlardan biri də `D-IX` adlanan kimyəvi dərmanın yaradılmasıdır. `D-IX` kod adı ilə tanınan bu dərman ilk dəfə Berlinin şimalında yerləşən "Saksenhauzen" toplama kampındakı məhkumlar üzərində sınaqdan keçirilib. Həb verilən məhkumların bellərində 40 kq. yük daşıdığı, hətta dincəlmədən 100 kilometrdən artıq məsafəni rahatlıqla qət etdiyi arxiv sənədlərində qeyd olunub.

Nasist həkimlərin planlarına görə, bu dərman mütləq şəkildə bütün alman əsgərlərinə verilməli idi. Bir alman farmakoloqu həblə bağlı yazır ki, "Əsas prinsip bütün əsgərləri idarə oluna bilən robot halına gətirmək idi". Səhiyyə mütəxəssislərinin fikirincə, bu ideyanın mənfi tərəfi bir çox hərbiçinin həbdən asılı duruma düşməsi ilə nəticələnməsi oldu, çünki həblər narkotik tərkibli idi.

"Pervitin" həbinin kəşf edən şəxs Berlin Hərbi Tibb Akademiyasının doktoru Otto Ranke idi. Dr. Otto Ranke bu dərmanı istifadə edənlərin özünə inamının artdığının şahidi olmuşdu. Ən qanlı savaşların getdiyi Şərq cəbhəsində bu həblərdən saysız miqdarda istifadə olunub. 1942-ci ildə 500 nəfər alman əsgəri 30 dərəcə şaxtada Sovet ordusu tərəfindən məğlub edildi. Bu, çox ciddi məsələ idi. Dr. Otto Ranke məhz bu zəifliyi aradan qaldırmaq üçün bəzi tibbi sınaqlar keçirtməyə başladı.

O, qeydlərində yazır: "Əsgərlər qar içində soyuqdan ölmək üzrə yerə yıxıldığında onlara `Pervitin` verməyə başladım. Bir saatdan sonra onlar özlərini daha yaxşı hiss etməyə başladıqlarını bildirirdilər. Yenidən döyüşə hazır idilər, özlərini ayıq, gümrah hiss edirdilər. Onlarda fiziki olaraq ciddi canlanma hiss olunurdu".

Reallıqda bu tip sınaqlar adətən əsirlər üzərində keçirilirdi. "Dachau" ölüm düşərgəsində dəniz desantlarının patlarlarını soyuqa daha dözümlü etmək üçün ilk olaraq əsirləri bu geyimdə buzlu su ilə dolu tanklerlərin içərisində salırdılar. Avstriyadakı "Mauthausen" ölüm düşərgəsində fosfor bombasının partlaması zamanı qazanılmış yaraların müalicəsi üçün də əsirlərdən istifadə olunurdu. Həmin əsirlər sonradan anesteziya olmadan belə amputasiya edilirdi.

Adolf Hitlerin `zombi ordusunun` mövcudluğu ilə bağlı qəribə və maraqlı iddialar da irəli sürülməkdədir. Bəzi mənbələrdə deyilir ki, kimyəvi yolla yaradılmış zombilərin ideya, həm də praktik əsasını nasist Almaniyası qoyub və ilk `kimyəvi zombie` ideyası “SS” şefi, eyni zamanda metafizika mütəxəssisi Haynrix Himmlerə məxsusdur.

Bəzi mənbələrin dediyinə görə, Stalinqradda soyuqda ölmüş əsgərlərin dirildilərək, təkrarən döyüşə göndərilmələri üçün Haynrix Himmler bəzi ağlasızmaz, fantastik ideyaları reallaşdırmağa çalışdırdı. Kimyəvi araşdırmaların nəticəsi olaraq, guya beyni canlı saxlayan dərman yaradıldığı, lakin bu kimyəvi tərkibli vasitənin zombilərdə pis nəticələrə yol açdı deyilir.

2002-ci ildə Günter Nussbaum adlı bir alman 1943-cü ildə Almaniyanın işğalı altındakı Ukraynada zombi sınaqlarını icra edən “SS” birliyində xidmət keçdiyinə dair iddia irəli sürdü. Günter Nussbauma görə, o zaman nasistlər zombiləri canlı yoxlamaq üçün onları Ukraynanın bir kəndində xəbərsiz insanların arasına buraxıblar. Lakin işlər nəzərdə tutulduğu kimi getməyib. Buraxılmış `zombie`lərin üçdə iksi əhali tərəfindən öldürülüb, digərləri isə “SS”-çilər tərəfindən tutularaq, yenidən labarotoriyaya qaytarılıb.

Fərrux Həsənov



Teqlər:





Xəbər lenti