Bakının xarici qonaqları - FOTOLAR

Bakının xarici qonaqları - FOTOLAR
  26 Sentyabr 2015    Oxunub:10003
Rəsmi rəqəmlərə görə, bu il ərzində Azərbaycana təxminən 1 milyona yaxın xarici turist gəlib.
Ölkəmizə təşrif buyuran xarici qonaqların çoxu əsasən 4 ölkə - Rusiya, Gürcüstan, Türkiyə və İrandan gələnlərdir. Ötən illə müqayisədə Azərbaycana gələn xarici turistlərin sayında 10 faiz azalma müşahidə olunur. Bu isə həmin ölkələrdə baş verən hadisələrlə bağlıdır.

Buna baxmayaraq, hələ də qədim Bakını gəzmək üçün paytaxtımıza üz tutan əcnəbilərin sayı az deyil. Mövsüm bitsə də, Bakının mərkəzi küçələrində xarici tusirtlərə rast gəlmək mümkündür. Onlar daha çox Bakı Bulvarı, Qız Qalası, İçəri şəhər, `Torqovı` və paytaxın digər görməli yerlərində gəzib, istirahət etməyə üstünlük verirlər.

Bayram günlərində Bakı gəzintisinə çıxan əcnəbilər fotoqrafımızın kamerasına tuş gəlib.

AzVision.az maraqlı görüntüləri təqdim edir:

Fotolar: Elvin Abdulla

Qalereya




Teqlər:  





Xəbər lenti