İcra başçısı sakinlərlə görüşüb

İcra başçısı sakinlərlə görüşüb
  15 İyun 2013    Oxunub:1627
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev şəhər sakinləri ilə görüş keçirib. Görüşdə ümumilikdə 70 nəfər vətəndaşın müraciəti dinlənilib. Müraciət edən vətəndaşların böyük bir qismi Qarabağ əlilləri və şəhid ailələri olub.
Qəbulda sakinlərlə yanaşı dövlət strukturlarının nümayəndələri və rəhbərləri də iştirak edib. Vətəndaşlar tərəfindən olunan müraciətlər əsasən məşğulluğun təmin olunması, mənzillə təminat və mənzil şəraitinin yaxşılaşdırılmasına köməkliyin göstərilməsindən ibarət olub. Bundan başqa, ev və ticarət məqsədilə torpaq sahələrinin ayrılması, daimi olaraq su və mavi qazla təminat sahəsindəki problemlər də səsləndirilib.

Əhalinin müraciətlərini dinləyən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı hər bir müraciətin vaxtında araşdırılması və qanun çərçivəsində həlli məqsədilə tapşırıqlarını verib. İcra başçısı Elmar Vəliyev bildirib ki, bu qəbildən olan görüşlər həmişə olduğu kimi, bundan sonra da mütəmadi olaraq keçiriləcək. Şəhər sakinlərinin problemlərinin həlli istiqamətində lazımı addımlar bundan sonra da atılacaq.

Vəliyev bildirib ki, zaman – zaman həm yerlərdə , həm də səyyar qəbullar təşkil edilib və ediləcəkdir. Bu qəbulların da məntiqi nəticəsi odur ki, insanları narahat edən sosial və digər problemlər yerindəcə həll olunur. Bu problemlərdən başqa, bir sıra məsələlərin də araşdırılaraq yoluna qoyulması barədə aidiyyatı üzrə struktur rəhbərlərinə tapşırıq və tövsiyələr verilib.




Teqlər:





Xəbər lenti