İlhamə Quliyeva adlı tələbəmiz yoxdur - Moskvadan cavab

İlhamə Quliyeva adlı tələbəmiz yoxdur - Moskvadan cavab
  30 Sentyabr 2015    Oxunub:5842
Bir qədər əvvəl xalq artisti İlhamə Quliyeva “10-lar” verilişində Moskva Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi olduğu barədə açıqlama vermişdi. 72 yaşlı xalq artistinin açıqlaması isə çoxlarında böyük maraq oyatmışdı.
“Mən hazırda təhsil alıram, hüquqşünasam. Rusiyanın paytaxtında təhsilimi davam etdirirəm. Atam da zamanında prokuror olub. Mənim genimdə var. Nə istəyirəmsə, o işləri görürəm”.

Hörmətli xalq artistinin MDU-dakı təhsiliylə maraqlanmaq üçün ali məktəbin mətbuat xidmətiylə əlaqə saxladıq. Mətbuat xidmətindən sorğunu cavablandırmaq üçün bizə İlhamə xanımın oxuduğu Hüquq fakültəsiylə əlaqə saxlamağı məsləhət gördülər. Hüquq fakültəsinin mətbuat katibi Yevgeniya Kryukova isə Lent.az-a açıqlamasında bildirdi ki, fakültədə İlhamə Quliyeva adlı tələbə oxumur. “Bizim fakültənin nə əyani, nə də qiyabi şöbəsində bu adda tələbə yoxdur”.


Teqlər:  





Xəbər lenti