Azad Rəhimov ad gününü necə qeyd edir? - FOTOLAR

Azad Rəhimov ad gününü necə qeyd edir? - FOTOLAR
  08 Oktyabr 2015    Oxunub:23740
Bu gün Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun ad günüdür. 51 yaşını qeyd edən nazirin özəl günü olsa da hazırda iş başında vəzifə borcunu yerinə yetirir.

Bu barədə AzVision.az adıçəkilən nazirliyin mətbuat xidmətinin rəhbəri Səmaya Məmmədova bildirib. Nazirlik rəsmisinin sözlərinə görə, Azad Rəhimov doğum günü olsa da hər zaman işə gəlib.

`Bir neçə saat öncə nazirliyin tədbiri keçirildi. Nazir də orda iştirak etdi və nitq söylədi. Tədbirdə jurnalistlər nazirə yaxınlaşıb, onu təbrik etdilər`.

`Nazir ad gününü necə qeyd edəcək` sualına gəlincə, S.Məmmədova qeyd edib ki, Azad Rəhimov adi insanlar kimi ad gününü qeyd edir, xüsusi təmtəraqlı məclisləri sevmir.

`Adi insanlar öz ad gününü necə qeyd edirsə, Azad Rəhimov da o cür qeyd edir. Kim görəcəksə, o da naziri təbrik edəcək. Azad Rəhimov `məni təbrik etməlisən` deyən insan deyil. Odur ki, kim onu görəcək təbrik edəcək`.



Qeyd edək ki, Azad Arif oğlu Rəhimov 1964-cü il oktyabrın 8-də Bakı şəhərində qulluqçu ailəsində anadan olub. 1971-ci ildə Bakı şəhəri 134 saylı məktəbin birinci sinifinə daxil olub. 1981-ci ildə həmin məktəbdə orta təhsilini bitirib və həmin il Azərbaycan Dillər Universiteti nin ingilis dili fakültəsinin əyani şöbəsinə daxil olub. 1986-cı ildə həmin fakültənin axşam şöbəsini bitirərək, ingilis dili müəllimi ixtisası üzrə ali təhsil alıb. Əmək fəaliyyyətinə 1984-cü ildə Xətai rayonu 245 saylı məktəbdə komsomol katibi vəzifəsi ilə başlayıb. 1986-cı ilin iyun ayından 1987-ci ilin noyabr ayınadək Moskva şəhərində həqiqi hərbi xidmətdə olub. 1987-1989-cu illərdə Azərbaycan LKGJ Xətai rayon komitəsində şöbə müdiri, 1989-1990-cü illərdə Azərbaycan Gənclər Təşkilatları Komitəsinin sədri vəzifəsində işləyib. 1994-1998-ci illərdə “Ros-İMESKO” Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktoru, 1998-ci ildən 7 fevral 2006-cı il tarixədək “İtaldizayn” Qapalı Tipli Səhmdar Cəmiyyətin baş direktoru vəzifəsində işləyib.

Ailəlidir, bir övladı var.




















Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti