Bir zərbəyə iki fərqli baxış

Bir zərbəyə iki fərqli baxış
  08 Oktyabr 2015    Oxunub:2993
Rusiyanın Xəzər dənizində üzən 4 hərbi gəmisi Suriyada İŞİD-in 11 mövqeyinə 26 qanadlı raketlə zərbə endirdi.
Bu məlumat artıq iki gündür dünya mediasının baş xəbəridir. Bir saatın içində verilən qərardan dərhal sonra hərbi təyyarələr göyə qalxdı. Daha sonra hərbi gəmilərin raketləri işə düşdü. Rəsmi Moskva dediyinə əməl edir. Lakin aysberqin görünməyən tərəfi də var.



Millət vəkili Sahib Alıyev hesab edir ki, raket atəşlərinin öz siyasi mənası var: “Məsələyə daha dərindən yanaşılsa görərik ki, Rusiya Suriyaya Xəzər dənizindən endirdiyi raket zərbələrilə təkcə istənilən hədəfi istənilən yerdən vura bildiyini sərgiləmir. Bu "istənilən yer" Ağ dənizi demirəm, Qara dəniz də ola bilərdi, lap Baltik dənizi də. Kimsəyə sirr deyil ki, Rusiyaın hələ 1957-ci ildən qitələrarası ballistik raketləri var. İran belə indi 4 min, 4 min beş yüz kilometr uzaqlıdakı hədəfi vura biləcək raketlər istehsal edir”.



Deputat hesab edir ki, Suriyadakı hədəflərə zərbə müstəvisi kimi Xəzərin seçilməsinin arxasında başqa niyyət gizlənir: “Suriyanın artıq çoxdan poliqona çevirldiyi və orada ən müxtəlif silahların sınaqdan keçirildiyi də aydındır. Ola bilər ki, Rusiya Suriyada həm vaxtı keçmiş bombalardan "xilas" olur, həm də yeni hərbi texnikasını sınaqdan keçirərək onların nə dərəcədə "ağıllı" olub-olmadığını müəyyənləşdirir. Bunlar necə deyərlər texniki məsələlərdir.

Suriyadakı hədəflərə zərbə müstəvisi kimi Xəzərin seçilməsinin arxasında başqa niyyət gizlənir. Moskva bununla demək istəyir ki, onun potensialı Xəzər hövzəsində təkcə dominant yox, həm də hegemon güc olmağa yetir. Qərbdəkilər bu reallığı görməli, ona da uyğun hərəkət etməlidirlər. Anlamalıdırlar ki, Xəzər onlar üçün nə dərəcədə qiymətlidirsə, Suriya da Rusiya üçün bir o qədər əhəmiyyətlidir. Rusiya Suriyadan çıxmalı olsa, qərbdəkilərin Xəzərdəki layihələri təhlükə altında qala bilər. Xəzərdən Suriyanı vuran Rusiyanın qərbə demək istədikləri bunlardır”.

Millət vəkili, politoloq Rasim Musabəyov da həmkarının fikri ilə qismən razı olsa da rəsmi Moskvanın son addımını belə şərh edib: “Bu əslində NATO, Vaşinqton və Yaxın Şərq ölkələrinə öz hərbi gücünü nümayiş etdirmək cəhdidir. Eyni zamanda Rusiya bununla yeni silahlarını döyüş meydanında sınaqan keçirir və vaxtı keçmiş silahları məhv edir. Çünki , vaxtı keçmiş silahların bu cür metodla məhv edilməsi daha ucuz başa gəlir. Rusiyanın öz gücünü nümayiş etdirməsi Türkiyə başda olmaqla ABŞ və NATO ölkələrini ciddi narahat edib. Məsələnin hərbi-texniki tərəfi haqda mühakimə yürütməyi öhdəmə götürmürəm”.



O, qeyd edib ki, hərbi əzələyə gəlincə, diqqət çəkən başqa məqamlar da var: “Belə ki, Türkiyə, ABŞ, həmçinin NATO-da güclü hərbi donanmaya malikdir. Aralıq dənizinin şimalındakı ABŞ donanması Rusiya donanmasından qat-qat güclüdür. Hiss olunur ki, Rusiya Antaliyada keçiriləcək G-20-lərin sammiti ərəfəsində təcrid olunmaq istəmir. Buna görə də Moskva Ukrayna ilə bağlı “Normand dördlüyünün” görüşündə bir az üzüyolalıq göstərdi. Digər tərəfdən, Suriyada əzələ nümayiş etdirdi. Vladimir Putinin nə qədər uğurlu olduğunu G-20-lərin sammitində görəcəyik. Lakin unutmaq lazım deyil ki, bu sammiti maliyyələşdirən və ev sahibliyi edən Rusiyanın Suriyada toqquşduğu Türkiyədir”.

İlkin Nəcəfzadə


Teqlər:  





Xəbər lenti