NATO Əfqanıstanda missiyasını başa vurdu

NATO Əfqanıstanda missiyasını başa vurdu
  19 İyun 2013    Oxunub:1225
NATO Əfqanıstanda təhlükəsizliyin təmin olunması öhdəliyini bu ölkənin yerli təhlükəsizlik qüvvələrinə həvalə edib.
İki il öncə əldə olunan razılığa əsasən, bu proses dünən tam başa çatdırılıb. Bundan sonra NATO qüvvələri Əfqanıstanda yalnız təlimlər həyata keçirəcək. Yəni, bu ölkədə olan 100 minə qədər sülhməramlı təhlükəsizlik məsələlərinə müdaxilə etməyəcək.

Bu münasibətlə xalqa müraciət edən Əfqanıstan prezidenti Həmid Kərzay əfqan polsi və hərbçisinin xalqa sahib çıxacağını bildirib. O, qeyd edib ki, bununla da Əfqanıstan tarixində yeni bir səhifə açılmış olacaq.

Səbinə Həsənova
AzVision.az


Teqlər:  





Xəbər lenti