Obamanı öldürmək istədilər

Obamanı öldürmək istədilər
  20 İyun 2013    Oxunub:1232
ABŞ prezidenti Barak Obamanı öldürməyə çalışan iki nəfər həbs olunub.
AzVision.az The Telegraph-a istinadən məlumat verir ki, Federal Təhqiqat Bürosu (FTB) bildirib ki, Obamanı öldürməyi planlaşdıran 49 və 54 yaşlarında Nyu-York sakinləri artıq tutulub.

FTB-nin məlumatına görə, 49 yaşlı Qlendon Skot Kroford Boston hadisələrində təqsirli bilinib. O, rentgen şüalarından ibarət əldəqayırma silah düzəldib. Həmin silah ilə uzaq məsafədə yerləşən hədəfi asanlıqla vurmaq olur. Silah külli miqdarda radiasiya ifraz etdiyindən hədəfə dəyən kimi onu öldürmək qabiliyyətinə malikdir.

Boston terror günündə Kroford - “Bütün bunlara Obamanın siyasəti səbəb olub” – məzmunlu ittihamedici mesaj göndərib. Kroford qeyd edib ki, məhz Obamanın sayəsində ölkəyə mənşəyi bəlli olmayan müsəlmanların axını başlayıb.

FTB bildirib ki, Kroford Ku-Kluks Klan-ın üzvü olub. Keçən il “İsrail düşmənlərini yatdığı yerdə öldürən” silah hazırladıqları aşkar olduqdan sonra hər iki cinayətkar barədə araşdırmaya başlanılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti