`4 həyat yoldaşım olub...` - Leyla Şıxlinskaya

`4 həyat yoldaşım olub...` - Leyla Şıxlinskaya
  24 Oktyabr 2015    Oxunub:7104
Əməkdar artist Leyla Şıxlinskaya ATV-də yayımlanan “5-ci element” verilişinin qonağı olub.
AzVision.az oxu.az-a istinadən xəbər verir ki, aparıcı Kamilə Babayeva Leyla xanıma “4 həyat yoldaşınız olub, 5-ci elementinizi tapmamısınız?” sualını ünvanlayıb.

“Bu qədər dəqiq məlumatı haradan bilirsiniz? Bəli. Mən Elizabet Teylora çata bilmərəm. Onun 9 xoşbəxt nikahı olub. Bəlkə verilişinizin ayağı yüngül oldu. Mən beşincini də tapdım. Əsas sevgidir. Onsuz həyat ağ-qara filmə bənzəyir”,-deyə Leyla Şıxlinskaya cavab verib.



AzVision.az


Teqlər:  





Xəbər lenti