Nazirlərin ərəb dostu yenidən Bakıda - FOTOLAR

Nazirlərin ərəb dostu yenidən Bakıda - FOTOLAR
  05 Noyabr 2015    Oxunub:15938
Dubay Şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşid əl-Məktumun ofisinin meneceri Məhəmməd Rəşid Bin Ğdeyyer yenidən Azərbaycana gəlib.

AzVision.az-ın məlumatına görə, o, hazırda Bakıdadır. Şahzadənin mühafizəçisi sosial şəbəkədəki rəsmi səhifəsində şəkillər paylaşıb və Bakıda olduğunu qeyd edib.

Qeyd edək ki, Mohd Rəşid Bin Ghadayer Azərbaycan mətbuatında “nazirlərin ərəb dostu” kimi təqdim edilir. O, bir neçə dəfə Azərbaycana səfər edib və yüksək rütbəli məmurların toy məclislərində iştirak edib.










Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti