“Bu, Ərdoğanın faciəsi olar”

“Bu, Ərdoğanın faciəsi olar”
  24 İyun 2013    Oxunub:1578
Sülhdən başqa çıxış yolu yoxdur.
Şimali İrlandiyada sülhün təmin olunması üçün çalışan, İngiltərənin keçmiş baş naziri Toni Bleyerin “sağ əli” kimi tanınan diplomat Conatan Povel türklərlə kürdlər arasındakı sülh prosesi məsələsinə toxunub.

AzVision.az “NTV”-yə istinadən xəbər verir ki, diplomat Taksim gəzinti parkında baş verən hadisələrin türklərlə kürdlər arasındakı sülh prosesini ləngitməməli olduğunu vurğulayıb.

Bununla əlaqədar Ədalət və İnkişaf partiyasının nümayəndələri ilə görüşən diplomat, Türkiyədəki 30 illik qarşıdurmanın sona çatması üçün sülh prosesinə dəstək verdiyini söyləyib.

Pavel vurğulayıb ki, Türkiyə hökumətiylə insan hüquqları mövzusunda yaşanan qarşıdurmalar, türklərlə kürdlər arasındakı dialoq prosesini gecikdirərsə, bu ölkə üçün, Ərdoğan üçün böyük faciəyə gətirib çıxara bilər.

Sülh proseslərinin, müxalifət partiyaları da daxil olmaqla, başqa partiyalar tərəfindən dəstəklənməyə ehtiyacı olduğunu deyən Conatan, təkrar qarşıdurmaların baş verməməmsi üçün tədbirlərin görülməsinin zəruriliyini vurğulayıb.

Türkiyənin başının bu hadisələrə qarışdığı bir dönəmdə, xarici faktorların öz xeyrinə yararlanmaq istəyinin olacağından söz açan diplomat Ərdoğana dəstək olmağın vacibliyini vurğulayıb:

“Həmçinin, türklərlə kürdlər arasındakı məsələ, elə bir nöqtəyə gəlib çatıb ki, sülhdən başqa bir çıxış yolu yoxdur” deyən Conatan sülh prosesi zamanı hər iki tərəfdən güclü liderin olmasının zəruriliyini deyib:

“Türkiyənin sülh prosesində hansı mərhələdə olub olmadığını bilmirik. Ümid edirik, hər iki tərəfdən olan liderlər düzgün nəticəyə gəlib sülhü imzalayacaqlar”.

Mirvari



Teqlər:  





Xəbər lenti