Parisi kim partlatdı? – TƏHLİL, VERSİYALAR

Parisi kim partlatdı? – TƏHLİL, VERSİYALAR
  14 Noyabr 2015    Oxunub:13541
13 noyabrda Fransanın paytaxtı Parisdə 8 müxtəlif yerdə terror aktı baş verib. İlk hücumlar yeli vaxtla saat 21.30-da həyata keçirilib. Terrorçular “Kalaşnikov” avtomatlarından Parisin mərkəzində yerləşən “Le Petit Cambodge” və “Le Carillon” restoranının müştərilərini atəşə tutublar. Bu hücumun nəticəsində 12-14 nəfər öldürülüb, onlarla insan yaralanıb.

Demək olar ki, eyni vaxtda Parisin şimal hissəsində yerləşən “Stad de Frans” stadionu yaxınlığında üç partlayış baş verib. Həmin vaxt stationda Almaniya və Fransa yığmalarının oyunu keçirilirdi və Fransa prezidenti Fransua Ollandla Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer stadionda oyunu izləyirdilər. Partlayış nəticəsində üç intiharçı-terrorçu ilə yanaşı, üç nəfər dinc sakin həlak olub, onlarla insan yaralanıb.

Bu hadisədən təxminən bir saat sonra, Parisin 11-ci rayonunda yerləşən “La Belle Equipe” restoranının ziyarətçilərini terrorçu avtomatdan atəşə tutub. Nəticədə ən azı 18 nəfər öldürülüb.

Ən böyük hücum isə Parisin Bataklan mədəniyyət mərkəzinə təşkil olunub. Yerli vaxtla saat 22.22-də terrorçular Bataklan mədəniyyət mərkəzinə hücum təşkil edərək “The Eagles of Death Metal” amerikan rok-qrupunun konsertinə toplanmış ziyarətçiləri əsir götürüblər. Paris hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində terrorçular məhv edilsə də, 100-ə yaxın dinc insan qətlə yetirilib.

Ümumilikdə Parisdə baş vermiş hücumlar nəticəsində 153 nəfərin öldüyü barədə məlumat yayılıb.

Parisi kim patlatdı?

İtalyanın “Sky Tg24” telekannalının məlumatına görə, Parisdəki partlayışlara görə “İslam Dövləti” terror təşkilatı məsuliyyəti öz üzərinə götürüb. “İslam Dövləti”nin telekanal vasitəsilə yayılan bəyanatında qeyd olunur ki, “Bu, Suriyaya görə qisasdır. Bu, Fransa üçün 11 sentyabrdır”.

Amerikanın NBC telekanalı isə, Amerika kəşfiyyatındakı mənbələrə istinadən bildirib ki, Parisdəki partlayışları “Əl-Qaidə” terror təşkilatı törədib. “Paris hücumları mürəkkəbliyinə görə “İslam Dövləti”inin işinə bənzəmirlər. Yüksək səviyyəli əlaqələndirmə Əl-Qaidəyə işarədir”,- deyə “NBC” telekanalı istinad etdiyi mənbənin sözlərini səsləndirib.

Avropanın bir sıra mətbu orqanları “Bataklan” teatrına hücumu “Charli Hebdo” jurnalı ilə əlaqələndiriblər. Belə ki, Bataklan teatrının girişində “Je suis Charlie” (Mən Şarliyəm) yazısı qeyd olunub.

Paris terroru numeroloji baxımdan da əvvəl baş vermiş anoloji hadisələrə uyğun gəlir: 11.09.01- Nyu-Yorkda binalara sərnişin təyyarələrinin çırpılması, 03.01.04 - Misirdə Fransız təyyarəsinin qəzaya uğraması, 03.11.04 - İspaniyayada sərnişin qatarının partladılması, 31.10.15 - Misirdə Rusiya təyyarəsinin partladılması və nəhayət, 13.11.15 - Paris terroru. Parisdə Bataklan teatrına hücum 22.22-də yəni saat 11-ə 22 dəqiqə işləmiş baş verib. Bu numeroloji uyğunluq təsadüf də ola bilər. Ancaq təsadüf deyilsə, hadisələrin sifarişçisinin eyni olmasından xəbər verir.

Terrorun sabahı günü “Bataklan” teatrı yaxınlığına gələn Fransa prezidenti Fransua Olland terrorçulara qarşı amansız mübarizə aparılacağını bildirib.

Terrorun əsil səbəbləri

Təbii ki, ilk baxışdan Fransanın Suriyada İŞİD-ə qarşı mübarizəsinə cavab olaraq terrorçuların Parisə hücum etməsi tamamilə məntiqli görünür. Lakin, hazırkı terror təşkilatlarının mahiyyət etibarilə müxtəlif güc mərkəzlərinə tabe olan səhra komandirlərindən ibarət olması baş verən terror hadisələrini də məhz həmin güc mərkəzlərinin maraqları baxımından təhlil olunmasına əsas yaradır.

Müasir dövrdə ictimai rəyin dövlət siyasətinin yönləndirilməsində mühüm təsir faktoru olması xüsusilə Qərb dövlətlərini xarici siyasətdə ictimai rəylə hesablaşmağa vadar edir. Məhz bu səbəbdən, bir çox hallarda ictimai rəy süni şəkildə media vasitəsilə dövlətlər tərəfindən yönləndirilir. Necə ki, 11 sentyabr hadisələrindən sonra Amerika Əfqanıstan və İraqa qarşı hərbi müdaxiləni təşkil etdi və bu zaman daxili ictimai rəyin dəstəyinə arxalandı. Eynilə Fransanın bu hadisələrin ictimai rəydə yaradacağı təsirdən istifadə edərək, xarici siyasətdə qoyduğu hədəflərə çatmaq üçün fəaliyyətə keçəcəyini əminliklə söyləmək olar.

Ümumiyyətlə, Fransa hər zaman ABŞ-ın Yaxın Şərqdə fəallaşmasına qarşı olub və özünün hansısa mənada iştirakının təmin olunmasına çalışıb. Məsələn 2003-cü ildə ABŞ və Britaniya ittifaqının İraqa hərbi müdaxiləsinə qarşı çıxan yeganə Avropa Birliyi üzvü Fransa olub. Prezident Jak Şirak Amerika siyasətinə qarşı həmin dövrdə etdiyi tənqidi çıxışlarıyla yadda qalıb. Lakin 2004-cü ildə Misirdə Fransa təyyarəsinin terrorçular tərəfindən partladılması Şirakı reallıqla barışmağa vadar etdi.

2011-ci ildə Liviyada baş verən hadisələr zamanı isə Fransa prezidenti Nikolya Sarkozi ABŞ-ın Türkiyə ilə birliyinə etiraz etmiş və öz ölkəsinə Liviyada daha geniş əhatə dairəsinin ayrılmasına çalışmışdı. Türkiyə ilə Fransa arasında “erməni soyqırımı” ilə bağlı yaranmış fikir ayrılıqları da bu dövrə təsadüf edir.

Sarkozidən sonra prezident seçilən Fransua Olland Yaxın Şərqə müdaxilə etmək üçün Türkiyə ilə iş birliyinə girmək qərarına gəldi. 2012-ci ildə ABŞ Suriyaya qarşı hərbi müdaxilənin həyata keçirilməsinə qarşı çıxsa da, Fransa Səudiyyə Ərəbistanı və Türkiyə ilə işbirliyinə daxil olaraq, fransız silahının Suriya müxalif ordusuna göndərilməsinə nail oldu. Həmin dövrdə Səudiyyə Ərəbistanının 4 milyard dollar həcmində fransız silahı alması barədə razılaşma imzalanmışdı.

Türkiyənin bu ilin yayında İŞİD və PKK ilə mübarizəni səbəb gətirərək Suriya və İraqın şimalına hərbi müdaxiləsi dövlətin rəsmi şəkildə müharibə zonasına öz qoşunlarını daxil etməsinin başlanğıcı oldu. Əslində Türkiyə Suriya və İraqın Şimalını öz nəzarətinə keçirdi və ərazidən özünə düşən payın sərhədlərini çəkdi. Bundan sonra Rusiya, Suriyada “İŞİD-ə qarşı mübarizə”yə start verdi və Suriyanın Aralıq dənizinə çıxan hissəsini öz nəzarətinə götürdü. Fransa da geridə qalmaq istəmədi və Suriyadan özünə pay almağa tələsdi. Fransanın ən böyük hərbi gəmisi olan “De Qoll” gəmisi regiona göndərildi.

Qeyd olunanları nəzərə alsaq, ehtimal etmək olar ki, Fransa Suriyaya yerüstü qoşunlar yeridəcək ilk AB üzvü olacaq. Fransanın bu fəallığına isə regionda güclü mövqeyə malik Türkiyə, Səudiyyə Ərəbistanı, hətta Rusiya belə etiraz etməyəcək. Ankara və Ər-Riyadla müttəfiqlik münasibətləri öz yerində, Moskva ilə də Paris Vaşinqtondan fərqli olaraq, düşmən olmayıb. Ukrayna böhranı ilə bağlı danışıqlarda əsas vasitəçi məhz Fransa olduğunu unutmaq olmaz. Odur ki, Ollandın Suriyaya qoşun yeritməsinə yeganə maneə daxili ictimai rəy idi ki, bu hadisədən sonra fransızlar özləri prezidentdən qətiyyətli addımlar atmağı tələb edəcəklər.

Amerika telekanalının Paris terroruna görə Əl-Qaidəni günahkar elan etməsi Vaşinqtonun Fransanın Suriyada fəallaşmasını istəməməsilə əlaqədar ola bilər. Ancaq eyni zamanda, Amerikanın Fransanı özünə dəstək olaraq Orta Asiyaya müdaxiləyə dəvət etməsi də mümkündür.

Məlumdur ki, `Əl-Qaidə`nin əsas yeri kimi Əfqanıstanın adı hallandırılır. ABŞ Orta Asiyanı Rusiyanın nəzarətindən çıxarmaq üçün burada hansısa mənada hərbi müdaxiləni planlaşdırsa da, Moskva ilə mübarizədə Fransanın da dəstəyindən yararlanmaq istəyə bilər.

Məsələnin digər tərəfi də Avropaya axın edən mühacirlərlə bağlı ola bilər. Söhbət ondan gedir ki, Avropa ictimai rəyində mühacirlərin qəbul olunmasının lehinə fikir formalaşmaqdadır. Almaniya kansleri Angela Merkel məhz bu fikrin təsiri ilə mühacirlərin mərhələli şəkildə Avropa dövlətləri tərəfindən qəbul olunaraq yerləşdirilməsini təklif edir. Lakin Fransa bu siyasətə qarşı çıxır və Parisdəki terror hadisəsindən sonra miqrantların qəbul olunmamasına bəraət qazandırmaq üçün əsas yaranacaq.

Tofiq Əsgərov


Teqlər:





Xəbər lenti