Azərbaycanlı rəssam geylə evləndi - VİDEO

Azərbaycanlı rəssam geylə evləndi - VİDEO
  18 Noyabr 2015    Oxunub:6384
Rusiya şou-biznesində daha bir eynicinsli nikah bağlanıb.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, məşhur dicey və “Yevropa Plyus” radiosunun əməkdaşı Maksim Koçerqin Danimarkada azərbaycanlı rəssam Camal Əhmədovla “evlənib”.

Cütlük sosial şəbəkələrdə toy mərasimində çəkilən fotoları paylaşıblar.

Koçerqinin “evləndiyi” Camal Əhmədov akvarel janrında işləyən rəssamdır. Əhmədov çoxsaylı sərgilərin iştirakçısıdır.



Məlumata əsasən nikahın qeydə alınmasından sonra cütlük Danimarkada qalmayıb və Rusiyaya qayıdıblar. Qeyd edək ki, Rusiyada eynicinsli nikahlar qanun tərəfindən tanınmır və hüquqi qüvvəsi yoxdur.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti