İnsanların boyu getdikcə ucalır

İnsanların boyu getdikcə ucalır
  18 Dekabr 2015    Oxunub:2279
İnsanın boyu onun zahiri görkəminin ən maraqlı göstəricisidir və antropoloqlar tərəfindən fəal öyrənilir. XIX əsrin ortalarından hərbi xidmətə çağırılan əsgərlərin boyu ölçülməyə başlanılıb. Bu məlumatlar statistik təhlil üçün doğrudan da qiymətli məlumatdır.
AzVision.az Azərtac-a istinadla xəbər verir ki, dünyanın ən məşhur antropoloqlarından biri olan Ceyms Tannerin belə bir aforizmi məlumdur: “İnsanın boyu – cəmiyyətdə baş vermiş proseslərin güzgüsüdür”. XIX əsrdə müxtəlif sosial təbəqələrdən olan insanlar arasında boy fərqi 20-22 santimetr olub. Aristokratlar ali zümrəyə mənsub olmaları ilə yanaşı, hündür boyları ilə də seçiliblər.

Tədqiqatçılar bildirirlər ki, son 100 ildə Avropa əhalisinin boyu orta hesabla 10—11 santimetr artıb, Niderland sakinləri isə 15 santimetr böyüyərək hamını ötüblər. Bu gün onlar dünyada ən hündürboylu adamlardır. Gənc hollandın orta boyu təxminən 184 santimetrdir. Buna görə də hollandlar üçün ən hündür qapılar hazırlayırlar. İspanlar isə geri qalıblar – onların boyu cəmi 3-5 santimetr artıb.

Antropoloqların tədqiqatları böyük şəhərlərin sakinlərinin zahiri görünüşü və görkəminin əyalət sakinindən fərqi barədə təsəvvür yaradır.

AzVision.az


Teqlər:





Xəbər lenti