Sarkozinin xanımı Ollanda mahnı yazdı - VİDEO

Sarkozinin xanımı Ollanda mahnı yazdı - VİDEO
  01 İyul 2013    Oxunub:1860
“Pinqivin” mahnısı qalmaqala səbəb olub
Fransanın sabiq prezidenti Nikolya Sarkozinin həyat yoldaşı, model və müğənni Karla Bruni “Pinqvin” (Le pingouin) adlı mahnısı ilə gündəmə gəlib.Qərb mətbuatının məlumatına görə Bruninin “Pinqivin" mahnısının sözlərini indiki prezident Fransua Olland üçün yazdığı barədə dedi-qodular yayılıb.

Mahnıda “kral kimi gəzən balaca pinqivin, əgər bir gün yollarımız kəsişsə, sənə əlimi öpməyi öyrədəcəyəm” kimi cümlələr yer alır.

Mahnının klipində Karla Bruni və bir neçə model Paris küçələrində pinqivin rəqsi edirlər. Karla Bruni mahnılarında siyasi mesajlar vermədiyini, “Pinqivin” mahnısını mədəniyyətsiz və kobud insanlara yazdığını söyləyib.

Prezident Fransua Olland da məsələyə münasibət bildirib. “Daha pisi də ola bilərdi, pinqivin çox sevimli heyvandır”-deyib.




Teqlər:  





Xəbər lenti