Mətbuat katibi Şaxta baba oldu - FOTOLAR

Mətbuat katibi Şaxta baba oldu - FOTOLAR
  28 Dekabr 2015    Oxunub:8929
"Bakı Mertopoliteni" Qapalı Səhmdar Cəmiyyəti metro stansiyalarında növbəti sosial aksiyaya başlayıb.
AzVision.az xəbər verir ki, bu gün Bakı metrosuna şaxta baba və qar qız qonaq gəlib.

Şaxta baba metronun kiçik sərnişinlərinə müxtəlif hədiyyələr, oyuncaqlar hədiyyə edib.

Maraqlı məqam ondan ibarət olub ki, Şaxta baba "Bakı Mertopoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev, Qar qız isə qurumun marketinq şöbəsinin rəisi Lala Babayeva olub.

N.Paşayev bildirib ki, Şaxta baba və Qar qız bütün metro stansiyalarını gəzəcək. Tədbir bir neçə gün davam edəcək.

Fotolar: Elvin Abdulla

Qalereya




Teqlər:  





Xəbər lenti