BMT-dən Suriya çağırışı

BMT-dən Suriya çağırışı
  03 İyul 2013    Oxunub:1445
BMT-nin baş katibi Ban Ki Mun Suriya hökuməti və müxalifətini döyüş meydanına çevrilən Xüms şəhərindən əhalini çıxarmağa çağırıb.
AzVision.az xarici mətbuata istinadən məlumat verir ki, bu barədə BMT rəsmi nümayəndəsinin müavini Eduardo del-Buey mətbuat konfransında bildirib.

BMT-nin məlumatına görə, təxminən 2,5 min sakin Xüms şəhərində mühasirədədir. Eduardo del-Bueyin sözlərinə görə, baş katib vuruşan tərəfləri mübarizəni dayandırmağa, insanların öldürülməsnə yol verməməyə və ehtiyacı olanlara humanitar yardım göstərməyə çağırıb.

Ban Ki Mun bildirib ki, döyüşən hər iki tərəf beynəlxalq qanun qarşısında məsuliyyət daşıyır və etdikləri qəddar hərəkətlərə görə cəzalanacaqlar. O həmçinin mübarizə aparan tərəflərə dəstək olan ölkələri silahlandırmaya son qoymağa və diqqəti siyasi dialoqlara cəmləməyə çağırıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti