Ərəb şeyxlərinin Azərbaycana növbəti ov səfəri - FOTOLAR

Ərəb şeyxlərinin Azərbaycana növbəti ov səfəri - FOTOLAR
  17 Yanvar 2016    Oxunub:5323
Bu dəfə Abu-Dabi şeyxləri Azərbaycana ova gəliblər.
Zəngin ərəb şeyxləri Bakıya gələndən paytaxtımızın ən məşhur və eləcə də bahalı otellərindən birində məskunlaşıblar. Təxminən 12-13 şeyx daha sonra ov üçün İmişli rayonuna yollanıb.

Bakıda bahalı maşınlar icarəyə götürən ərəblər VİP turizm xidmətlərindən yararlanıblar. Ərəblər özləri ilə şəxsi aşbazlarını, mühasiblərini və hətta sürürülərini də gətiriblər. 4 gün İmişlidə ov edən şeyxlər bu müddət ərzində kabab keyfi də ediblər.

Qeyd edək ki, Abu-Dabi neft gəlirləri sayəsində müasir bir şəhər halına gəlib. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) tərkibinə daxil olan yeddi əmirlikdən biridir. Abu-Dabi dünyadakı neft ehtiyatları baxımından ən şanslı ölkələr arasındadır.

Abu-Dabi bir ada olmasına baxmayaraq, bu əmirliyi quruya 3 böyük körpü bağlayır. Digər körfəz ölkələrində olduğu kimi, burada da çöl iqlimi hakimdir.

AzVision.az BAKU.WS-ə istinadən fotoqraf Orxan Məmmədovun səfərlə bağlı çəkdiyi şəkilləri təqdim edir:

Qalereya




Teqlər:  





Xəbər lenti