Afrikalıların Obama-Buş-Klinton müqayisəsi

Afrikalıların Obama-Buş-Klinton müqayisəsi
  05 İyul 2013    Oxunub:1245
Afrikanın bir çox hissəsində ABŞ prezidentləri Corc Buş ilə Bill Klinton hazırkı prezident Barak Obamadan daha məşhurdur.
AzVision.az The Telegraph-a istinadən məlumat verir ki, Buş və Klinton Afrikada AİDS xəstəliyinin müalicəsi üçün milyardlarla dəyərə malik proqramlarla çıxış edib. Obama heç vaxt bu cür təşəbbüs göstərməyib. Əksinə Afrika səmalarında və qitəyə yaxın ərazilərdə pilotsuz təyyarələrdən istifadəyə görə o tənqid olunub. Xüsusilə, Cənubi Afrikada Obamanın iqtisadi və xarici siyasəti bəyənilmir. Keniya rəsmiləri isə Keniya əsilli ABŞ prezidentinin buraya səfər etməməsinə açıq-aydın sevindiklərini ifadə ediblər.

“Afrika dünyanın ən vacib regionlarından biridir. Bizim oraya marağımız böyükdür və bunun üçün prezidentin Afrikaya səfəri vacibdir. Səfərin məqsədi isə Afrikanın qərb, şərq və cənubunda ticarəti inkişaf etdirmək, xalqı demokratiyaya təşviq etmək və gəncləri ruhlandırmaqdır” – Ağ Evin Milli Təhlükəsizlik üzrə məsləhətçi müavini Ben Rhodes bildirib.

Nigeriya Beynəlxalq Əlaqələr İnstitutunun professoru Çarlz Dokubonun sözlərinə görə, Obamanın Afrikaya səfəri “vəd deyil, tədbirlərdən biridir”.

“Biz unutmamalıyıq ki, o Afrikanın deyil, ABŞ-ın prezidentidir və buna görə də, həmin ölkənin maraqlarını ifadə etməlidir” – Dokubo əlavə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti