İranın milli interneti olacaq

İranın milli interneti olacaq
  09 İyul 2013    Oxunub:1590
İranda milli elektron poçt yaradılacaq
İranın komputer texnologiyaları mütəxəssisləri milli elektron poçtu yaratmaq məqsədilə xüsusi proqram işləyib hazırlayıblar. Bu barədə İranın yerli KİV-ləri informasiya texnologiyaları və kommunikasiya naziri Məhəmməd Həsən Namiyə istinadən xəbər verir.

Məlumata görə hər bir sakin yeni xidmətə qoşulacaq. Elektron poçt İranın milli poçt xidmətinin nəzarəti altında olacaq.

Qeyd edək ki, İran hökuməti müddətli olaraq vətəndaşlarının Gmail və Yahoo kimi domenlərdən istifadəsinə qadağa qoyur. İranda 32 milyona yaxın interner istifadəçisi var.

Səbinə Həsənova
AzVision.az


Teqlər:





Xəbər lenti