Əl-Baradei Misirin vitse-prezidenti təyin olunub

Əl-Baradei Misirin vitse-prezidenti təyin olunub
  10 İyul 2013    Oxunub:1718
Misirin müvəqqəti prezidenti Ədli Mənsur Beynəlxalq Atom Enerjisi Agentliyinin keçmiş rəhbəri Məhəmməd əl-Baradeini ölkənin vitse-prezidenti təyin edib.
Məhəmməd əl-Baradei hökumətdə beynəlxalq əlaqələr blokuna nəzarət edəcək.

Məhəmməd əl-Baradei 1942-ci ildə Qahirədə anadan olub. 1997-ci ildən 2009-cu ilədək Beynəlxalq Atom Enerjisi Agentliyinin direktoru vəzifəsində çalışıb. O, 2005-ci il Nobel Sülh Mükafatı laureatıdır.(APA)


Teqlər:  





Xəbər lenti