İstədiyini söylə, mətn özünü redaktə etsin

İstədiyini söylə, mətn özünü redaktə etsin
  28 Fevral 2016    Oxunub:2256
`Google Docs` onlayn mətnhazırlama xidmətinə yeni funksiya artırılıb.
Bu barədə xidmətin rəsmi bloqunda məlumat verilib. Yeniliyə əsasən, istifadəçi səsin köməyi ilə həm mətni yığa, həm də onu redaktə edə bilər.

Xidmətə mətnin səslə daxil edilməsi 2015-ci ilin sentyabrından istifadəyə verilib. Səslə redaktə, hələ ki, yalnız ingilis dilində mümkündür.

Səsli əmrlərin köməyi ilə sözü seçmək, yeni abzasdan başlamaq, bu və ya digər sözü əvəzləmək, köçürmək, mətni qalınlaşdırmaq, hətta `smayl` əlavə etmək olar.

Yenilik yalnız fərdi kompüterdən istifadə zamanı əlçatandır.


Teqlər:





Xəbər lenti