Mursi tərəfdarları söz verdi

Mursi tərəfdarları söz verdi
  12 İyul 2013    Oxunub:1090
“Müsəlman Qardaşlar” təşkilatı Misir ordusu tərəfindən devrilən prezident Məhəmməd Mursiyə görə “dinc” müqavimət göstərməyə davam edəcəklərini bildiriblər.
AzVision.az BBC-yə istinadən xəbər verir ki, “Müsəlman Qardaşlar” bəyanatı təşkilatın digər ali liderlərinin həbsi orderindən bir gün sonra verib.

İyulun 8-də ordu ilə baş verən qarşıdurmada 50 Mursi tərəfdarı öldürülüb. Prezident Məhəmməd Mursi devrildikdən sonra milyonlarla misirli etiraz aksiyası keçirib. Digər tərəfdən Misiri bürüyən siyasi etirazlara baxmayaraq, ABŞ ölkəyə “F-16” qırıcı təyyarəsi göndərəcəyini bildirib. Əgər Vaşinqton liderin dövlət çevrilişi nəticəsində hakimiyyətdən uzaqlaşdırılmasını müəyyən edərsə, ABŞ Misirə ayırdığı hərbi yardım paketini kəsəcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti