Partlayış 34 nəfərin həyatına son qoydu

Partlayış 34 nəfərin həyatına son qoydu
  13 İyul 2013    Oxunub:1088
İraqda silsilə terror aktları həyata keçirilib.
Partlayışlar nəticəsində ümumilikdə 34 nəfər həlak olub, daha 64 iraqlı yaralanıb. İlk partlayış Muğdadiyyə bölgəsində törədilib.

Dəfn mərasiminə toplaşmış insanlara yaxınlaşan bombayla yüklənmiş maşın bir neçə dəqiqədən sonra havaya uçurulub. Terror aktından bir neçə dəqiqə sonra - ətrafdakıların yaralılara kömək etdiyi bir vaxtda ikinci partlayış baş verib.

Tikrit şəhərində həyata keçirilən hücum zamanı isə 11 polis əməkdaşı qətlə yetirilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti