Ruslardan qeyri-adi çat proqramı: İzləmək olmayacaq

Ruslardan qeyri-adi çat proqramı: İzləmək olmayacaq
  21 Mart 2016    Oxunub:2677
Rusiyalı proqramçılar `Snaappy adlı yeni çat proqramı yaradıblar.

Bu proqramın indi mövcud olanlardan iki fərqi var. Birincisi, iki şəxsin arasındakı yazışmalar serverdən keçmir. Birbaşa telefondan-telefona gedir. Bu isə ünsiyyətin məxfiliyini xeyli dərəcədə artırır.

İkincisi, proqramın layf-tayminq adlanan funksiyası var. Bu, o deməkdir ki, həmsöhbətiniz yazdıqca, siz onun nə yazdığını elə proses vaxtı, real vaxt rejimində hərf-hərf görəcəksiniz.

`Snaappy` çat proqramı Android və iOS əməliyyat sisitemləri üçün nəzərdə tutulub.



Teqlər:





Xəbər lenti