`Twitter`in 10 yaşı oldu

`Twitter`in 10 yaşı oldu
  21 Mart 2016    Oxunub:3424

Twitter sosial şəbəkəsinin 10 yaşı tamam olub.

2006-cı ilin martın 21-də şəbəkənin yaradıcısı Cek Dorsi ilk tviti yazmışdı. Bu, çox sadə bir mesaj idi: “İndicə ilk tviti yazdım”.

- 10 il əvvəl hər şey bir tvitlə başlamışdı. O vaxtdan bəri hər gün dünyanın hər yerindən milyonlarla insan onları narahat edən və maraqlandıran məsələlər barədə tvitlər yazırlar,- deyə Dorsi bildirib.

Qeyd edək ki, hazırda Twitter-in 320 milyonluq auditoriyası var. Şirkətin kapitallaşması $11,67 milyard həddindədir, aksiyaları Nyu-York Birjasında dövr edir.

Şirkətin dünyanın 35 ölkəsində ofisləri var. Yazılan tvitlərin 79%-nin müəllifi ABŞ-da yaşamayan insanlardır.

AzVision.az



Teqlər:





Xəbər lenti