Mursi casusluqda ittiham olunur

Mursi casusluqda ittiham olunur
  15 İyul 2013    Oxunub:1245
Misirin iyulun 3-də hərbi çevrilişlə devrilən prezidenti Məhəmməd Mursi casusluqda ittiham olunur.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, devrilmiş ölkə başçısı haqqında casusluq və iqtisadiyyata ziyan vurmaq iddiaları var.

Qahirə Baş Prokurorluğundan verilən açıqlamada bildirilib ki, Məhəmməd Mursi və “Müsəlman qardaşlar” hərəkatının lideri Məhəmməd Bədii barəsində qanuni tədbir görmək üçün iddialar araşdırılır.
Prokurorluq iddiaların kim tərəfindən qaldırıldığı barədə açıqlama verməyib.

F.KƏRİMLİ


Teqlər:  





Xəbər lenti