Qəza keçirdi, “cavanlaşdı”
“Qəzadan sonra xəstəxanada oyananda özümü 22 yaşımda, yəni 1996-ci ildə zənn edirdim. Amma ətrafda baş verənlər və gördüklərim məni şoka salmışdı. Anam qocalmış, saçlarım qısalmış və çox fərqli geyimim var idi. Atamın əlində qəribə cihaz var idi və sonradan mənə dedilər ki, bu, “iPhonep”dur. Gənc bir qız isə ətrafımda gəzir və mənə ana deyirdi”.
Şüurunun yerində olub-olmadığını yoxlamaq istəyən həkimlərin hazırda ölkənin baş nazirinin kim olduğu sualına qadın, Con Meycor cavabını verib və şahzadə Diananın sağ olduğunu deyib.
Hazırda qızı Madi ilə birlikdə yaşayan qadın əvvəlki sağlamlığını qazanmaq uğrunda irəliləyiş əldə edib.
Fatimə KƏRİMLİ