Baş nazirə istefası üçün təzyiq edilir

Baş nazirə istefası üçün təzyiq edilir
  15 İyul 2013    Oxunub:1094
İspaniyanın baş naziri Mariano Rahoyun istefası tələb edilib.
AzVision.az BBC-yə istinadən məlumat verir ki, Rahoy gizli pul köçürmələrində ittiham olunub.

“El Mundo” qəzeti yazır ki, baş nazir “Popular” partiyasının keçmiş xəzinədarı Luis Barsenası sözlə dəstəkləyib. Qeyd edək ki, Barsenas korrupsiyaya və vergidən yayındığına görə həbs edilib. Lakin o, ona aid edilən ittihamları inkar edib. Baş nazir Rahoy da onun ünvanına söylənən ittihamların yalan olduğunu bildirib.

Rahoydan başqa bir neçə italiyalı siyasətçilərin həmin korrupsiya ilə əlaqələrinin olduğu söylənilir.

AzVision.az


Teqlər:





Xəbər lenti