Xaricə gedənlərin DİQQƏTİNƏ!
Biz də AzVision.az olaraq, xüsusən də mövsümlə əlaqədar dincəlmək üçün xarici ölkələrə səfər etmək istəyən vətəndaşlarımızı nəzərə alıb bu barədə daha ətraflı məlumat vermək istədik. Beləliklə, xarici ölkələrə üz tutarkən diqqətli olun, əks halda həm özümüzü, həm də ölkəmizi təhlükəyə atmış olarsınız. Məlumat üçün qeyd edək ki, bəzi ölkələr gələn turistlərdən mütləq peyvənd olunmalarını tələb edirlər. Belə halda bilməlisiniz ki, peyvəndlər, təsirini qəbul olunduğu vaxtdan 10 gün sonra göstərməyə başlayır, odur ki, bu vaxtı nəzərə almaq lazımdır.
Bəs konkret olaraq nə kimi peyvəndlər tələb olunur?
Qeyd edək ki, peyvəndlər ölkələrə görə dəyişir. Bununla yanaşı vacib olan və məsləhət görülən peyvəndlər vardır. Vacib hesab edilən peyvəndlər müəyyən ölkəyə kənar ölkələrdən daxil ola biləcək epidemiyanın, hansısa ciddi xəstəliyin ( turistlər vasitəsilə-red.) qarşısını almaq üçün nəzərdə tutulub. Məsələn, Cənubi Amerika və Afrikada mövcud olan “sarı feyver”, daha çox Ermənistanda geniş yayılmış difteriya , poliomiyelit, tetanus kimi xəstəliklərə qarşı peyvəndlər vacibdir.
Bundan başqa Şimali Avropaya üz tutarkən mütləq - difteriya, ensifalit, hepatit B, tetanus, Cənubi Avropaya gedəsi olsanız - hepati B, tetanus , difteriya , tif, poliomiyelit, meninqok infeksiaysı, quduzluğa qarşı , Şimali Amerikaya və Mərkəzi Amerikaya gedərkən – difteriya , Hepatit B, tetanus, və tifə qarşı peyvənd olunmalısınız.
Cənubi Amerikada- sizi meninqok, sarı ferver, difteriya, tif, hepatit B, tetanus, Şimali Afrikada – hepatit A, B, tetanus, difteriya, tif, quduzlluq, Afrikada Saxara səhrasının cənub hissələrində – sarı ferver, hepatit a,b , tetanus difteriya, tif, poliyemolit, quduzluq, və nəhayət Asiya ölkələrində turistləri hepatit A və B, difteriya, tetanus, tif , poliyomloit, meninqok kimi təhlükəli xəstəliklər gözləyir. Vaksinasiyanın əhatə dairəsi ölkələrə görə dəyişir. Təsəvvür edin ki, 50-ə yaxın ölkədə infeksiyon xəstəliklərin yayılma təhlükəsi var. Onlarda 45 Afrika, 13 –ü isə Mərkəzi və Cənubi Amerikanın payına düşür. Virus baxımdan ən təhlükəli olan ölkələr isə Anqola, Kamerun, Konqo , Qana , Argentina , Ekvador, Braziliya, Peru ,Venesuela, Boliviya , Efiopiya və Paraqvaydır.
Onu da qeyd edək ki, vaksinlər vacib olduğu kimi, əks göstərişlərə də malikdir. Belə ki, leykoz, metastatik şişlər, limfomodan əziyyət çəkən və ya kimyaterapiya , şüaterapiyası qəbul edən beyin sümüyünün və ya oqrqanarın transpalataiyası ilə üzləşmiş xəstələrə sadaladığımız peyvəndlərin heç biri məsləhət görülmür. Təbii ki, onlar şəxsi həkimlərinin göstərişlərinə əməl etməlidirlər.
Yuxarıda qeyd etdiyimiz kimi yay mövsümü ilə əlaqədar olaraq xarici ölkələrə səfər edən vətəndaşlarımızın sayının artması ilə bərabər, ölkəmizə turist axını da güclənib. Bununla yanaşı Azərbaycana kənardan müxtəlif xəstəliklərin daxil olması təhlükəsi də artıb. Bəs görəsən belə olan halda Azərabaycana gələn turistlərdən sağlamlıqları ilə bağlı hər hansısa sənəd tələb olunurmu? Və ya xarici ölkələrə səyahət edən vətəndaşlarımız infeksiyalardan qorunmaq üçün hansısa peyvənd və vaksinlərdən istifadə edirlərmi?
Məsələyə aydınlıq gətirmək üçün Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyevə müraciət etdik. Onun AzVision.az-a verdiyi məlumata görə, Azərbaycana gələn turistlərə sağlamlıqları ilə bağlı heç bir xüsusi sənəd tələb olunmur
“ Əgər ölkəmizə gələn turistlərdən sağlamlıq haqqında arayış təqdim etmələri tələb olunsa, bu, Azərabaycanda turizmin inkişafına ciddi ziyan vurmuş olar. Dünyanın heç bir ölkəsində turistlərdən nə sağlamlıq haqqında arayış tələb olunur, nə də ki, hər hansı vaksinlər, peyvəndlər məsləhət görülür. Ancaq hansısa xəstəliyin geniş yayıldığı ölkənin vətəndaşının Azərbayacana səfəri müstəsna hal hesab edilir. Adətən sağlamlıq haqqında arayış qanunla tələb oluna bilməz. Başqa ölkələrə gedən vətəndaşlarımıza isə Azərbaycan hökuməti xəbərdarlıq edə bilər ki, məsələn, İranda hansısa xəstəlik yayılıb və bu ölkəyə getməyin.Yalnız tövsiyə xarakterli məlumatlar verilə bilər”.
Azərbaycan Dövlət Tibb Universitetinin professoru, tibb elmləri doktoru Adil Qeybulla isə peyvənd və vaksinasiyanın çox vacib olduğunu bildirdi:
“İrana gedən vətəndaşların hamısı adi hepatitlərə, AİDS xəstəliklərinə qarşı yoxlanılırlar. Bu qayda qanunidir. Ümumiyyətlə, transsərhəd zonalarda hər dövlətin özünün xüsusi yoxlama-nəzarət məntəqəsi olmalıdır. Bəzən isə ölkələr AİDS xəstələrini ərazilərinə buraxmır, ya da bu mümkün olmadıqda onlar ciddi nəzarət altında saxlanırlar.
Hansısa xəstəliklə bağlı təhlükə varsa, bu barədə həmin ölkə tərfindən xəbərdarlıq edilib məlumat yayılır. Digər tərəfdən viza şərtlərində də bu göstərilir. Viza rejimi hökm sürən dövlətlərdə tələblər paketi var ki, orada göstərilən şərtlərə əməl olunması təmin edilməlidir. Hazırda bir çox ölkələr arasında viza rejimi aradan qalxıb. Azərbaycan bir sıra ölkələrlə, məsələn, İran, Türkiyə, Rusiya ilə sadələşdirilmiş viza rejiminə keçib. Amma Avropa ölkələri ilə iktərəfli viza rejimi qalır. Viza şərtlərinə tibbi arayışın olması da daxildir. Səfərə çıxan insan bu şərtlərə laqeyd yanaşmamalıdır. Yoluxucu, tropik, endemik xəstəliklərə qarşı peyvənd, vaksinasiya vacibdir. Hesab edirəm ki, ölkəmizə gələn xarici turistlərin də ən azı sağlamlıq haqqında arayışları olmalıdır. Onlar bizm səfirliklərin nəzdində, müəyyən klinikalarda analizlər verməlidirlər. Təssüflər olsun ki, bizdə hələ də bu qayda qanun yoxdur. Onların sağlamalığına ciddi nəzarət olmadığı təqdirdə infeksiyanın yayılmasına şərait yaranır”.
Bu yerdə ərəb atalar sözlərindən biri yada düşür: ağıllı adamın sağlamlığının qiymətini anlamağı üçün xəstə olmağa ehtiyacı yoxdur. Odur ki, ağıllı olub sağlamlığınızın qeydinə qalın...
Şahanə Rəhimli
AzVision.az